KTMT baş katibi Paşinyanla GÖRÜŞDÜbackend

KTMT baş katibi Paşinyanla GÖRÜŞDÜ

Paşinyan KTMT baş katibini qəbul edib.

KONKRET.az xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Nikol Paşinyan bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetovu qəbul edib.

Baş nazir Tasmaqambetovu KTMT-nin baş katibi vəzifəsinə başlaması münasibətilə təbrik edib.

Həmsöhbətlər KTMT-nin məsuliyyət zonasında mövcud vəziyyət, regional hadisələr və təhlükəsizlik çağırışları barədə fikir mübadiləsi aparıblar.

Bu kontekstdə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət və KTMT-nin kollektiv müdafiə mexanizmləri ilə bağlı bir sıra məsələlər müzakirə edilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*