KTMT-dən AÇIQLAMA: “Əfqanıstandan gələn təhdidləri dəf etməyə hazırıq”backend

KTMT-dən AÇIQLAMA: “Əfqanıstandan gələn təhdidləri dəf etməyə hazırıq”

KTMT Əfqanıstandan gələn təhdidləri dəf etməyə hazır olduğunu açıqlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə KTMT-nin Baş Qərargah rəisi Anatoli Sidorov bildirib.

“İndi bütün dünya Əfqanıstandakı vəziyyətdən narahatdır. Hamımız yaxşı bilirik ki, Əfqanıstanla birbaşa həmsərhəd olan dövlətlər var, hansıki KTMT-nin üzvləridir. Düşünürəm ki, bizim vəzifəmiz hər bir vəziyyətə hazır olmaqdır. Buna görə də, keçirdiyimiz təlimlər terrorla mübarizə məqsədi daşıyır. KTMT istənilən təhdidləri dəf etməyə hazırdır” – Sidorov vurğulayıb.

Sidorov bildirib ki, KTMT-nin növbəti təlimləri oktyabr ayında Tacikistanda – Əfqanıstanla sərhədə yaxın yerdə keçiriləcək.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*