KTMT qüvvələri o vaxt çıxarılacaq ki… – Qazaxıstan rəsmisibackend

KTMT qüvvələri o vaxt çıxarılacaq ki... - Qazaxıstan rəsmisi

KTMT qüvvələri Qazaxıstanın bütün regionlarına cəlb edilməyəcək və yerlərdə obyektlərin mühafizəsini təmin edəcək.

KONKRET.az xəbər verir ki, bunu Qazaxıstanın dövlət katibi Erlan Karin deyib.

“KTMT qüvvələri həyati əhəmiyyətli obyektlərin təhlükəsizliyini lokal səviyyədə təmin edəcək. Bu, ağlabatan tədbirdir. Biz ölkənin müxtəlif bölgələrində eyni vaxtda bütöv bir radikallar ordusunun diqqətlə planlaşdırılmış və qəfil hücumu ilə üz-üzəyik. KTMT-nin missiyası sülhməramlı xarakter daşıyır və qısa müddət üçün nəzərdə tutulub. Vəziyyət sabitləşdikdən sonra KTMT-nin bütün vahid sülhməramlı kontingenti ölkəmizdən çıxarılacaq”, – Karin bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*