“Kuboku qazanmağa çalışacağıq” – Kurban Berdıyevbackend

"Kuboku qazanmağa çalışacağıq" - Kurban Berdıyev

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsi çərçivəsində “Dinamo”nu darmadağın etdikləri oyun haqda danışıb.

KONKRET.az xəbər verir ki, mütəxəssis görüşdən sonra təşkil olunan mətbuat konfransında matçda gənc oyunçulara şans tanıdığını vurğulayıb: “Növbəti mərhələyə vəsiqə qazandığımız üçün çox sevinirik. Bu gün gənclərə oynamaq şansı verdik”.

O, bu turnirdəki hədəflərinin çempionluq olduğunu bildirib: “Kuboku qazanmağa çalışacağıq. Hər komanda bunun üçün çalışır”.

Baş məşqçi görüşdə dubl edən futbolçusu İbrahima Vadjinin oyunu haqda da fikirlərini bölüşüb: “Məşqlərdə özünü yaxşı göstərir, performansını artırır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*