Kürdəmirdə 22 yaşlı qadın özünü avtomobildən atdıbackend

Kürdəmirdə 22 yaşlı qadın özünü avtomobildən atdı

Kürdəmirdə 22 yaşlı qadın özünü avtomobildən atıb.

KONKRET.az-ın məlumatına görə, rayonun Şıxımlı kənd sakini, 1998-ci il təvəllüdlü Şükürova Ayşən Aqil qızı 1993-cü il təvəllüdlü Xırdapay kənd sakini İbadov Əsəd Füzuli oğlu ilə avtomobildə aralarında yaranan mübahisə zamanı özünü nəqliyyat vasitəsindən atıb.

Ağır xəsarətlər alan qadın Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb.

Hazırda hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır. “Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*