Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində rayon sakinləri İ.Rəhimovun və Aslan Xasanovun idarə etdikləri iki “VAZ-21063” markalı avtomobil toqquşub.
Nəticədə A.Xasanov hadisə yerində ölüb, İ.Rəhimov və 2 sərnişini xəstəxanaya yerləşdirilib.