Kursk vilayəti sistemli şəkildə Ukrayna Silahlı Qüvvələrindən azad edilib.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandanı, general-mayor Apti Alaudinov TASS-a müsahibəsində deyib.
O qeyd edib ki, Rusiya qüvvələri sərhəd bölgəsini Ukrayna əsgərlərindən təmizləməkdə davam edir.
Avqustun 6-da səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin birləşmələri Kursk vilayətinə daxil olan Sudjanski rayonunun ərazisinin bir hissəsini ələ keçirməyə cəhd edib. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Rusiya Federasiyasının prezidenti Vladimir Putinə məruzə etdiyi kimi, Rusiya hərbçiləri Ukrayna qoşunlarının daha da irəliləməsinin qarşısını alıb. O, həmçinin bəyan edib ki, əməliyyat qarşı tərəfin məğlubiyyəti və dövlət sərhədinə çatması ilə başa çatmalıdır.
Qeyd edək ki, bundan əvvəl Alaudinovun əsir düşdüyü haqda da məlumat yayılmışdı./Publika.az