İngiltərədə 1987-ci ildə çiçəkçi və barmen Diane Sindallın qətlində ittiham olunaraq həbs edilən Piter Sallivan 38 il sonra günahsız elan olunub.
KONKRET.az xəbər verir ki, Apellyasiya məhkəməsi Cinayət İşlərinə Baxış Komissiyasının sifarişi ilə aparılan yeni DNT testlərinə əsaslanaraq hökmü ləğv edib.
Testlər SAllivanın hadisə yerində olmadığını təsdiqləyib.
Hazırda 68 yaşlı SAllivan ölkə tarixində ən uzun sürən ədalətsizliklərdən birinin qurbanı sayılır. O, həbsdəKİ müddətdə daim günahsız olduğunu bildirib. Azadlığa çıxdıqdan sonra polis qətlə dair istintaqa yenidən başlayıb, lakin DNT məlumat bazasında uyğunluq hələ tapılmayıb.
Aynurə İsmayıl
KONKRET.az