Kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb.
KONKRET.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı keçirilən brifinqdə məlumat verib.
O bildirib ki, artıq 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib:
“4000 itkinin müqabilində bu rəqəm azdır. Amma bu başlanğıcdır. Proses davam etdirilir. 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir”.
Kimliyi müəyyən edilənlərin siyahısını təqdim edirik:
- İbrahimov Vəliyyəddin Səhləb oğlu
- Abdullayev Nurəli Hacıbaba oğlu
- Qurbanov Nofəl Nəriman oğlu
- Rüstəmov Araz Bağır oğlu
- Abbasov Məhərrəm Abbas oğlu
- Niftəliyev Adil Kamal oğlu
- Qarayev Qafar Qənbər oğlu
- Hüseynov Əli Heydər oğlu
- Hüseynov Gülverdi Ağahüseyn oğlu
- Mikayılov Baba Balakişi oğlu
- İsayeva Sənəm Həsən qızı
- Əzizov Yusif İsmayıl oğlu
- Musayev Mehman Kamal oğlu
- Allahverdiyev Şəmsəddin Əvəz oğlu
- Məmmədov Əsəd Məmməd oğlu