“Laçın dəhlizinin açılacağına ümid yaradan sonuncu fürsət ƏLDƏN GETDİ” – Qazaryanbackend

"Laçın dəhlizinin açılacağına ümid yaradan sonuncu fürsət ƏLDƏN GETDİ" - Qazaryan

“Əliyev Paşinyana o qədər məhəl qoymur ki, onunla heç nəyi müzakirə etmək belə istəmir”.

KONKRET.az xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin keçmiş Aparat rəhbəri, Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan sosial şəbəkə hesabında yazıb.

“Ən yüksək səviyyədə görüşlər başa çatıb, lakin yol bağlı qalır.

2022-ci il dekabrın 27-də Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıb. Rrəsmi ifadəyə diqqət yetirin, “danışıq olub” və “görüş olmayıb”.

Rusiya Federasiyası Prezidentinin rəsmi saytında Azərbaycan Prezidenti ilə analoji görüşdən bəhs edilmir. Putinlə dekabrın 24-də Əliyevlə telefon danışığı olub.

Putin Paşinyanla söhbəti zamanı çıxışında onun, Paşinyan və Əliyev arasında bir gün əvvəl baş tutan üçtərəfli görüşü xatırladıb. Lakin bu barədə heç bir rəsmi məlumat yoxdur.

Açığı, Əliyev rəsmi təmaslardan yayınır. O, indi Nikol Paşinyana o dərəcədə məhəl qoymur ki, Ermənistanın mövcudluğunu görmür. Bayaq bəyan etdiyim kimi, Əliyev Paşinyanla heç nəyi müzakirə etmək belə istəmir.

Maraqlıdır ki, Əliyev muzey ziyarətində iştirak etməyib. Açıq-aydın görünür ki, bu, Paşinyanla eyni çərçivədə olmamaq üçün edilib.

Deməli, Qarabağı Ermənistanla birləşdirən yeganə yolun açıq olacağına ümid yarada biləcək sonuncu fürsət əldən getdi.

Ya Nikol Paşinyan danışıqlar prosesindən kənarlaşdırılıb, ya da o, Əliyevlə birgə və birgə hərəkət edir.  Bu, daha çox ehtimal edilir və Rusiya sülhməramlılarını Qarabağdan çıxarmağa yönəlib.

Qarabağı ermənilər və ruslar olmadan Azərbaycana verməki fəlakətli məqsəddir. Nikol Paşinyan bir neçə gün ərzində qovulmalı və məhkəmə qarşısına çıxarılmalıdır. Əks halda, istisnasız olaraq hamımız məhv olacağıq”, – deyə Qazaryan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*