“Aİ-nin (Avropa İttifaqı) Azərbaycan-Ermənistan sərhədində missiyası Bakının razılığı olmadan əks effekt verə bilər”.
KONKRET.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib. O bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasını Ermənistan-Azərbaycan sərhədinə göndərmək niyyəti hələ də qüvvədə qalır.
“Biz hələ də Ermənistan və Azərbaycan sərhədinə KTMT missiyasını göndərməyə hazırıq.
Lakin Aİ-nin Azərbaycan və Ermənistan sərhədində missiyası Bakının razılığı olmadan əks effekt verə bilər. Unutmaq olmaz ki, ora Azərbaycan sərhədidir və missiyanın icazəsiz yerləşdirilməsi əlavə gərginlik yarada bilər”, – Lavrov deyib.
Daha ətraflı videoda:
Xuraman Etibarlı,
KONKRET.az