Lavrov İstanbul danışıqlarında iştirak etməyəcək – Rusiya heyəti dəyişirbackend

Lavrov İstanbul danışıqlarında iştirak etməyəcək – Rusiya heyəti dəyişir

Mayın 15-də İstanbulda Ukrayna münaqişəsi ilə bağlı keçiriləcək beynəlxalq danışıqlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak etməyəcək. Bu barədə məlumatı Rusiya mətbuatı yayıb.

KONKRET.az xəbər verir ki, daha əvvəl “The Washington Post” nəşri Lavrovun və Prezident Vladimir Putinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakovun danışıqlarda Rusiyanı təmsil edəcəyini iddia etmişdi. Lakin son məlumata görə, nümayəndə heyətində dəyişiklik edilib və Lavrovun adının siyahıdan çıxarıldığı bildirilib.

Danışıqlarda Rusiyanı kimin təmsil edəcəyi ilə bağlı rəsmi açıqlama isə hələlik verilməyib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*