Lavrov Qarabağdakı gərginliyə münasibət bildirdibackend

Lavrov Qarabağdakı gərginliyə münasibət bildirdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağdakı gərginliyə münasibət bildirib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, o, regiondakı gərginlikdən narahat olduğunu deyib.

“Rusiya Qarabağda münaqişə tərəflərini təmkinli olmağa və atəşkəs rejiminə riayət etməyə çağırır. Qarabağdakı ziddiyyətlər diplomatik yolla həll edilməlidir”, – S.Lavrov söyləyib.

Rusiya XİN-dən isə bildirilib ki, ölkənin ali rəhbərliyi, həmçinin S.Lavrov Azərbaycan və Ermənistandan olan həmkarları ilə Qarabağdakı vəziyyətlə bağlı sıx təmasdadır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*