“Le Pen Fransada vətəndaş müharibəsinə səbəb olacaq” – Darmanenbackend

"Le Pen Fransada vətəndaş müharibəsinə səbəb olacaq" - Darmanen

Ultrasağçı Milli Birlik Partiyasının rəhbəri Marin Le Penin Fransa prezidentliyinə seçilməsi ölkədə ixtilaflara, daha sonra isə vətəndaş müharibəsinə səbəb olacaq.

KONKRET.az xəbər verir ki, bunu Fransa daxili işlər naziri Jerald Darmanen deyib.

“Le Pen ölkə üçün ən təhlükəli şəxsdir, çünki o, çox böyük ehtimalla seçkilərin ikinci turuna gedəcək”, – nazir bildirib.

Darmanen öz fikrini əsaslandıraraq qeyd edib ki, sıfır miqrasiya siyasətini həyata keçirmək texniki cəhətdən mümkün deyil və miqrant axınının faktiki dayandırılması Fransanın gələcəyi üçün arzuolunmazdır.

Qeyd edək ki, Fransada prezident seçkiləri 2022-ci ilin aprelində keçiriləcək. Namizədlərin arasında Milli Birlik Partiyasının sədri Marin Le Pen də var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*