Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi gecə saatlarında Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Darquba kəndi ərazisində qeydə alınıb.
Belə ki, Lənkəran şəhər sakini 2005-ci il təvəllüdlü Ülvi Firdovsi oğlu Vəlizadə idarə etdiyi “Azsamand” markalı nəqliyyat vasitəsi ilə Lerik istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yol kənarında hərəkətsiz dayanan yük avtomobilin arxa hissəsinə çırpılıb.
Dərhal əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Avtomobildə sıxılıb qalan sürücü çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Vəziyyəti ağır olduğundan Ü. Vəlizadə reanimasiya şöbəsinə yerləşdirilib. Bütün reanimasyon tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.