Lənkəranda avtomobil piyadanı vuraraq öldürdübackend

Lənkəranda avtomobil piyadanı vuraraq öldürdü

Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb.

KONKRET.az xəbər verir ki, hadisə Girdəni kəndində baş verib. Belə ki, 1990-cı il təvəllüdlü N.Tağıyev idarə etdiyi “Opel” markalı minik avtomobili ilə piyada, 1986-cı il təvəllüdlü Ramilə Məmmədovanı vurub. Sürücü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb, lakin onun öldüyü məlum olub.

R.Məmmədovanın meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*