Lənkəranda ikimərtəbəli evdə yanğın baş verdibackend

Lənkəranda ikimərtəbəli evdə yanğın baş verdi

Lənkəranda ikimərtəbəli evdə yanğın olub.

KONKRET.az-ın verdiyi xəbərə görə, şəhərin M.Ə.Sabir küçəsində yerləşən və 1965-ci il təvəllüdlü Mahir Rafiq oğlu Axundova məxsus ikimərtəbəli evin yanar konstruksiyaları yanıb.

Hadisə yerinə FHN-in Cənub Regional Mərkəzinin Lənkəran Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının ətrafdakı evlərə keçməsinin qarşısı alınıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır./apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*