Lənkəranda kişi oğlu tərəfindən BIÇAQLANDIbackend

Lənkəranda kişi oğlu tərəfindən BIÇAQLANDI

Lənkəran şəhərində bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

1972-ci il təvəllüdlü Vidadi Hüseynov yaşadığı evdə oğlu Əliqismət Hüseynov tərəfindən bıçaqlanıb. Xəsarət alan ata döş qəfəsinin daxilinə nüfuz edən kəsilmiş-deşilmiş yara diaqnozu ilə  Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Atasına bıçaq xəsarəti yetirən oğlun keçmiş məhkum olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*