Lənkəranda piyadanı maşın vurub öldürdü – Sürücü qaçdıbackend

Lənkəranda piyadanı maşın vurub öldürdü - Sürücü qaçdı

Lənkəranda avtomobilin vurduğu qadın ölüb.

KONKRET.az xəbər verir ki, hadisə Şıxəkəran kəndində baş verib.

Kənd sakini, 50-55 yaşlı Əliyeva Zülfiyyə Şəhadət qızı naməlum avtomobil tərəfindən vurulub. Təcili tibbi yardım briqadası Z.Əliyevanı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisəni törədən sürücü ərazidən yayınıb.

Z.Əliyeva Vətən müharibəsi qazisi Sadiq Natiq oğlu Əliyevin anası idi. Qəza törədərək hadisə yerindən yayınan sürücünün müəyyən edilməsi istiqamətində tədbirlər görülür. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*