Lerikdə ağacların qanunsuz kəsilməsi faktı AŞKARLANDIbackend

Lerikdə ağacların qanunsuz kəsilməsi faktı AŞKARLANDI

Lerik rayonu, Hücü kəndi ərazisindəki pay torpağı sahələrində ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə 30 min manata yaxın ziyan dəyib.

Bu barədə KONKRET.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən növbəti nəzarət tədbirləri zamanı ağacların kəsilməsi faktı aşkarlanıb: “Araşdırma zamanı ağacların Lerik rayon sakinləri İslam Şabanov, Cahil Hüseynov, Hidayət Rüstəmov, Elnur Rüstəmov və Fərhad İbadov tərəfindən kəsildiyi və təbiətə ümumilikdə 29 900 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*