“Leypsiq”in ev oyunları tamaşaçısız keçiriləcəkbackend

“Leypsiq”in ev oyunları tamaşaçısız keçiriləcək

“Leypsiq” növbəti üç ev oyununu tamaşaçısız keçirəcək.

KONKRET.az-ın məlumatına görə, bunu Almaniya klubunun mətbuat xidməti açıqlayıb.

Tribunaların boş qalmasına səbəb koronavirus pandemiyasıdır. Saksoniya bölgəsinin nazirlər kabineti məhdudiyyətləri sərtləşdirib və stadionlara tamaşaçılar buraxılmayacaq.

Leypsiqin eyniadlı təmsilçisi noyabrın 28-də “Bavariya”, dekabrın 11-də Mönhenqladbax “Borussiya”sı ilə çempionat, dekabrın 7-də “Mançester Siti” ilə Çempionlar Liqası oyununu boş tribunalar önündə keçiriləcək./apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*