Bu gün bir sıra lisey və gimnaziyaların 6-cı siniflərinə mərkəzləşdirilmiş qaydada qəbul imtahanları keçirilib.
Bu barədə KONKRET.az-a Elm və Təhsil Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
12:35
İyunun 16-da şagird qəbulu mərkəzləşdirilmiş üsulla aparılan bir sıra lisey və gimnaziyaların VII siniflərinə qəbul imtahanları keçirilib.
Təhsil İnstitutundan KONKRET.az-a bildirilib ki, imtahanlar Bakı və Sumqayıt şəhərləri ilə yanaşı bir sıra bölgələrdə, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərləri və Ağdaş, Ağstafa, Lənkəran, Biləsuvar, Şəmkir, Quba, Şamaxı, Qobustan, Oğuz rayonlarında, ümumilikdə 35 mərkəzdə təşkil edilib.
Şagirdlər 21 iyun tarixindən etibarən sy.edu.az platforması üzərindən şəxsi kabinetlərindən nəticələrini əldə edə və müvafiq keçid balını toplayacaqları təqdirdə lisey/gimnaziya seçimi edə bilərlər.