Litva Prezidenti: “Biz Rusiyanın cavab tədbirlərinə HAZIRIQ”backend

Litva Prezidenti: "Biz Rusiyanın cavab tədbirlərinə HAZIRIQ"

“Biz Rusiyanın qeyri-dost hərəkətlərinə hazırıq”.

KONKRET.az xəbər verir ki, bunu Litva Prezidenti Qitanas Nauseda deyib. O bildirib ki, Rusiya Kalininqrad vilayətinə yüklərin tranzitinin dayandırılmasına cavab olaraq respublikanı BRELL enerji halqasından ayıra bilər.

“Biz Rusiyanın qeyri-dost hərəkətlərinə (qisas) hazırıq”, – deyə Nauseda vurğulayıb.

O qeyd edib ki, BRELL enerji halqası Belarus, Rusiya, Estoniya, Latviya və Litvanın enerji sistemlərinin 50 Hz vahid cərəyan tezliyində sinxron işləməsi üçün sistemdir. Bu müqavilə 2001-ci ildə imzalanıb. Bu sazişə əsasən, beş ölkənin elektrik ötürücü xətləri ümumi fəaliyyət prinsipləri əsasında şərti enerji halqasına birləşdirilib və elektrik enerjisinin mübadiləsini və bir-birinin ehtiyatla dəstəklənməsini təmin edir.

BRELL EC ilə bağlı müqaviləyə xitam verildiyi təqdirdə Kalininqrad vilayətinin öz imkanları var.

Eyni zamanda, Baltikyanı ölkələr enerji çatışmazlığı regionu olaraq qalır, xüsusən də Belarus atom elektrik stansiyasının istehsal etdiyi enerjini alan Latviya.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*