London polisindən baş nazir Sunaka xəbərdarlıqbackend

London polisindən baş nazir Sunaka xəbərdarlıq

Böyük Britaniyanın baş naziri Rişi Sunak və ailəsi paytaxt Londondakı “Hyde Park”da itlərini qayışdan çıxardıqları üçün polis tərəfindən xəbərdar edilib.

KONKRET.az xəbər verir ki, Rishi Sunak və həyat yoldaşı Akshata Murty iitləri Novanı paytaxt Londondakı “Hyde Park”da gəzdirərkən çəkilən videonun sosial mediada paylaşılmasından sonra London Böyükşəhər Polisi açıqlama verib.

Açıqlamada parkda olan bir polis əməkdaşının vəziyyətə müdaxilə etdiyi bildirilərək “Həmin vaxt parkda olan polis qadınla (Akshata Murty) danışıb və ona qaydaları bir daha xatırladıb. Daha sonra itə ip bağlayıblar”, – ifadələrindən istifadə edilib.

Mövzu ilə bağlı Baş nazirlik və Sunakdan heç bir açıqlama verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*