Türkiyə millisinin sabiq baş məşqçisi Mirça Luçeskunun yeni iş yeri bəlli olub.
KONKRET.AZ xəbər verir ki, 74 yaşlı rumıniyalı mütəxəssis İsveçrənin “Syon” klubunu çalışdıracaq.
Luçesku yanvarın 2-də rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, İtaliyanın “İnter”, Ukraynanın “Şaxtyor”, Türkiyənin “Galatasaray” və “Beşiktaş”, Rusiyanın isə “Zenit” kimi klublarında işləyən Luçesku, 2017-2019-cu illər ərzində Türkiyə milli komandasının baş məşqçisi idi.
Hazırladı: Royal TÜRKSOY