Lukaşenko ağır zərbə aldı: Çupris onu elə vurdu ki… – VİDEObackend

Lukaşenko ağır zərbə aldı: Çupris onu elə vurdu ki… – VİDEO

Belarus prezidenti Aleksandr Lukaşenko xokkey matçı zamanı güclü zərbə alıb.

KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bir gün əvvəl Lukaşenkonun komandası Brest vilayətinin komandası ilə qarşılaşıb. Matç 5-5 hesabı ilə başa çatıb.

Epizodların birində 71 yaşlı Lukaşenko öz komanda yoldaşı tərəfindən arxadan vurularaq yıxılıb. O, bir müddət buz üzərində qalıb.

Məlumata görə, Lukaşenkonu yıxan Belarus millisinin sabiq xokkeyçisi Yaroslav Çupris olub.

Onu da qeyd edək ki, ağır zərbə almasına baxmayaraq Lukaşenko görüşün qəhrəmanı olub. O, oyun başa çatmasına bir saniyə qalmış komandasının bərabərlik qolunu vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*