Lukaşenko: Belarus ətrafında vəziyyət heç vaxt belə mürəkkəb olmayıbbackend

Lukaşenko: Belarus ətrafında vəziyyət heç vaxt belə mürəkkəb olmayıb

“Belarus ətrafında vəziyyət heç vaxt belə mürəkkəb olmayıb. İndi əsas məsələ belə bir şəraitdə ölkənin müstəqilliyini qorumaqdan ibarətdir”.

KONKRET.az xəbər verir ki, bunu adı çəkilən ölkənin prezidenti Aleksandr Lukaşenko deyib.

O bildirib ki, ölkənin hər bir vətəndaşı bu barədə fikirləşməlidir:

“Mən sizin hamınızdan daha məlumatlıyam. Buna görə də hər bir istiqamət üzrə doğru yolu göstərə bilərəm. Hamımız eyni qayığın sərnişinləriyik və gedəcəyimiz başqa yer yoxdur. Ətrafda daha öncə qarşılaşmadığımız çox mürəkkəb vəziyyət hökm sürür. Bu şəraitdə ölkəni ayaqda saxlamaq lazımdır. Hər kəs müstəqilliyimizi qorumaq haqqında düşünməlidir”.(apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*