Lukaşenko hərbçilərə mülki şəxslərə atəş açmağa icazə verdibackend

Lukaşenko hərbçilərə mülki şəxslərə atəş açmağa icazə verdi

Belarusda hərbçilərə vətəndaşlara qarşı silah tətbiq etmək hüququ verilib. 

KONKRET.az xəbər verir ki, bununla bağlı “Lenta.ru” məlumat yayıb.

Bildirilib ki, qərar Belarus Prezidenti Aleksandr Lukaşenkonun Silahlı Qüvvələrin Daxili Xidmətinin Nizamnaməsinə daxil etdiyi dəyişikliklərdə qeyd olunub.

Belarus lideri Silahlı Qüvvələrin Daxili Xidmətinin Nizamnaməsinin 11-ci maddəsinin dəyişdirilməsinə göstəriş verib. Nimanaməyə edilən yeni dəyişikliyə görə, hərbi qulluqçulara vətəndaşlara qarşı fiziki güc və silah tətbiq etmək hüququ verilib.

Dəyişikliyə əsasən hərbçi ümumi hərbi qaydaların tələblərinə uyğun olaraq silah istifadə edərsə və bu zaman şəxs yaralanarsa və ya ölərsə, hərbi qulluqçu bu hərəkətə görə məsuliyyət daşımayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*