Lukaşenkodan Rusiyaya TƏKLİFbackend

Lukaşenkodan Rusiyaya TƏKLİF

Belarus Prezidenti Akeksandr Lukaşenko ölkəsindəki hərbi bazalarda Rusiyaya məxsus döyüş təyyarələrini yerləşdirməyi təklif edib.

KONKRET.az “Sputnik”ə istinadən xəbər verir ki, A.Lukaşenko bu barədə təklifi Belarus-Rusiya hərbi əməkdaşlığına həsr olunmuş iclasda səsləndirib.

“Belarusda olanlardan əlavə, bu təyyarələri də bizə verin. Amma bu təyyarələri Rusiya və belaruslar birlikdə istifadə etməlidir. Kifayət qədər hərbi bazamız var. Yenilərinə ehtiyac yoxdur.

Niyə boş yerə pul xərcləyək ki? Ən yaxşısı, mövcud olan bazalar üçün yeni təyyarələr almaq və ya istehsal etməkdir”, – prezident vurğulayıb.

A.Lukaşenkonun sözlərinə görə, fevralın 22-də Rusiya lideri Vladimir Putinlə Soçidə baş tutan görüşündə Putin bu təklifi geri çevirməyib:

“Əgər təyyarələr Belarus hərbi bazalarında yerləşdiriləcəksə, bu təyyarələr üçün silah da istəməliyik, üstəlik, ən yenisindən”.

Prezident əlavə edib ki, söhbət nüvə başlıqlarından getmir:

“Haqqında danışdığımız adi silahlardır. Bu, görüşümüzün ən çox üzərində dayandığımız mövzularından biri idi”. qafqazinfo

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*