Lukaşenkodan ŞOK SÖZLƏR: “Putin heç kimə heç nə borclu deyil” (VİDEO)backend

Lukaşenkodan ŞOK SÖZLƏR: "Putin heç kimə heç nə borclu deyil" (VİDEO)

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə bağlı diqqətçəkən açıqlama verib.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya lideri heç kimə heç nə borclu deyil və Moskva təkcə atəşkəsə deyil, həm də tam sülh razılaşmasına çoxdan hazırdır.

“Putin heç kimə heç nə borclu deyil. Bu – birinci məsələdir. Atəşkəslə bağlı onu deyə bilərəm ki, biz bu barədə onunla sonuncu dəfə Volqoqradda, elə dünən də danışdıq. Onlar buna hazırdır. Rusiya çoxdan buna – təkcə atəşkəsə deyil, ümumiyyətlə sülh bağlamağa hazırdır. Məsələ Rusiyada deyil. Burada başqa tərəfə baxmaq lazımdır”, – deyə Lukaşenko bildirib.

Belarus lideri Qərb ölkələrinə və Ukrayna tərəfinə işarə edərək, münaqişənin davam etməsində əsas maneənin Rusiya olmadığını vurğulayıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*