Rusiya Arktikanın bu ərazisini bağlayır – Xəbərdarlıq edildibackend

Rusiya Arktikanın bu ərazisini bağlayır - Xəbərdarlıq edildi

Rusiya planlaşdırılan kosmik buraxılış ərəfəsində Barens dənizinin Arktika hissəsində ərazilərdən uzaq durmaları barədə gəmilərə və təyyarələrə xəbərdarlıq edib və bu zonaları “Rusiya raketlərinin düşmə rayonları” kimi qeyd edib.

KONKRET.az xəbər verir ki, bu brədə “Deyli Meyl” nəşri yazıb.

Nəşr qeyd edib ki, qadağa zonaları Norveçin şimal sahilləri yaxınlığında, NATO ərazisinə bitişik bölgədə yerləşir və 30 aprelədək bağlı qalacaq ki, bu da həmin region üçün qeyri-adi dərəcədə uzun təhlükəsizlik xəbərdarlığı sayılır.

Məlumata görə, bu xəbərdarlıq “Soyuz-2.1b” raketinin “Plesetsk” kosmodromundan, ehtimal ki, aprelin 23-ü həyata keçiriləcək buraxılışı ilə bağlıdır. Raket yüksəldikcə faydalı yük örtüyü kimi tanınan iri metal konstruksiyalar ayrılır və Yerə geri düşür, bu komponentlərdən ikisinin qeyd olunan ərazilərə düşəcəyi gözlənilir.

Xəbərdarlıqlar aviasiya və dəniz təhlükəsizliyi sistemləri vasitəsilə yayılıb və dənizçilərə göstərilən müddət ərzində bu zonalardan uzaq durmaq tövsiyə olunub. Gözlənilir ki, missiya orbitə genişzolaqlı rabitə üçün nəzərdə tutulan “Rassvet” peykləri qrupunu çıxaracaq. Bu layihə Prezident Vladimir Putinin rəhbərliyi ilə “SpeysX” şirkətinə məxsus “Starlink” kimi sistemlərlə rəqabət aparacaq aşağı orbitli internet şəbəkəsinin yaradılması cəhdlərinin bir hissəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*