Xəbər verdiyimiz kimi, dünən VII çağırış Milli Məclisin ilk iclası keçirilib. Toplantıda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gələn ildən minimum əmək haqqının və pensiyanın artırılacağını qeyd edib.
Məlumat üçün bildirək ki, minimum maaş və pensiyalar sonuncu dəfə 2023-cü ilin yanvarında artırılmışdı.
Son illərin inflyasiya tempini nəzərə alsaq, artım nə qədər ola bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli gözləntilərin 10-15 faiz aralığında olduğunu deyib:
“Hazırda nəzərdə tutulan artımla bağlı konkret rəqəm demək mümkün deyil. Hökumət bütün inkanlarını və son illərdəki bahalaşmanı nəzərə alacaq. Pensiyalar və minimum əmək haqqı sonuncu dəfə 2023-cü ilin yanvarında artırılıb və bu günə qədər həmin rəqəmlərdə dəyişiklik olmayıb. Baxın, 2023-cü ildə inflyasiya 8.8 % olub, bu il isə 4-5 faiz olacağı gözlənilir. Bu da haradasa, ümumilikdə 13 faiz edir. Düşünürəm ki, hökumət minimum 10, maksimum 15 % artıma gedəcək. Konkret rəqəmlərlə ifadə etsək, maaşlar 34-51 manat aralığında qalxacaq. Artımın daha yüksək olacağını gözləmirəm. Hökumət öz öhdəliklərini başa düşür və bütün mümkün ehtimalları hesablayacaq”.
Məlik Məlikov,
KONKRET.az
İnsanlara hörmət olunmursa, heç olmazsa DİLİN İMKANLARINA hörmət edin. Dəqiq rəqəm aşıqlandı yazırsınız, gözləntilərdən dəm vurursunuz. Ölkə başçısı 10% desə 10, 0,5% desə 0,5 artım olacaq. Bir sıra sosial media bülbülləri utanıb-qızarmadan 9(doqquz) aydır ki, əmək haqlarının, pensiyaların artımından dəm vururlar. Axı elementar dünyagörüşü, səviyyəsi olan hər kəsə pensiyaların ilin sonunda necə artırılacağı, əmək haqlarının isə ölkə başçşısının yetkisində olduğunu bilir. Bu qədər İYRƏNCLİK nəyə lazım?
Çox düz.
Heç voobşe danışmayın. Allah danışıpınızı batırsın. Bu ölke ne qədər alçaq, heyasız adamlar elinde qalıb. Sizden bir xahiş danışanlar, Allah savadınızı yox elesin danışmayın. Her şeyi ölke başçısı edirse, bilirse, siz soxun içinize yaxşısı. Ölke başçısı güya özü nese bilir, siz de ona istinad edirsiniz.
👍👍👍
Maaşın 10 15 faizi axi hamıda eyni deyil niye 34 51 manat onu anlamadım.mən 980 manat alıramsa ən az 98 ən cox 147 manat artım olmalıdır.Bunu hansı ağıllı 34 51 deyə hesablayıb?