Maaşlar bu tarixdə artacaq – ŞAD XƏBƏRbackend

Maaşlar bu tarixdə artacaq - ŞAD XƏBƏR

“Hesablamalara görə ölkədə 12 faizlik inflyasiya müşahidə olunur. Güman edirəm ki, ilin əvvəlində hökumət yenidən minimum əməkhaqqını artıra bilər. Nəticədə, ümumi orta aylıq əməkhaqlarının məbləği də yüksələcək”.

KONKRET.az metbuat.az-a istinadən xəbər verir ki, bu sözləri sayta açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib. Müsahibimiz bildirdi ki, yeni ilin əvvəlində pensiyaçılara verilən təqaüdlər də artacaq:

“2024-cü ilin əvvəlində pensiyaların sosial sığorta hissəsinin indeksasiya olunması nəticəsində bütün pensiyaçıların pensiyası arta bilər. Azərbaycanda pensiyaların artımı əsasən orta aylıq əməkhaqqının il ərzində artım faizi əsasında hesablanır. Hazırda bu rəqəm 11.5 faiz arasında tərəddüd edir. Yəni, 11-12 faiz indeksasiya tətbiq ediləcək.

Pensiyaların artmasında qanunvericilik tələbi var. Amma minimum əmək haqqının artırılması üçün qanun tələbi yoxdur. Yəni mütləq şəkildə ilin əvvəlində əməkhaqlarını artırmaqla bağlı qərar verəcək deyə bir qayda yoxdur. Amma əvvəlki illərə baxanda güman etmək olur ki, hökumət minimum əməkhaqlarını da artıracaq”.

İnflyasiyaya uyğun olaraq artımların 15 faiz civarında ola biləcəyini proqnoz edən ekspert qeyd etdi ki, minimum əməkhaqqı da aşağıdan başlayaraq digər əməkhaqqlarına təsir edir.

“Xüsusən dövlət sektorunda işləyənlərin məvaciblərində dəyişiklik baş verir. Qərar verilərsə, özəl sektorda da minimum əmək haqqının artırılması ondan aşağı əmək haqqının təyin edilməməsinə səbəb olur”.

  • Idayet
    Sentyabr 18, 2023 - 21:44

    Socarda isdeyen fehleler 650 manat maaw alir socarin maasi nie qalxmir axi yuksey maasi vezifeller alir bes fehle katiqoriyasi az maasla ac ise gelir

  • Elvin
    Sentyabr 18, 2023 - 21:56

    Sokar yaxsdi men 325 manat aliram gel bu maasla aile saxla

  • Kim
    Sentyabr 19, 2023 - 09:28

    Proqnoz artacaq deməkdir?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*