“Avropa İttifaqı ölkələrinin liderləri Ukraynaya əlavə maliyyə yardımı mövzusunda konsensusa gələ bilmədilər və məsələnin müzakirəsi gələn ilin əvvəlinə qədər təxirə salındı”.
KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə Avropa Şurasının prezidenti Şarl Mişel deyib.
O əlavə edib ki, növbəti illərdə Ukraynaya 50 milyard avroluq yardım paketinin ayrılmasını nəzərdə tutan Aİ büdcəsinə yenidən baxılacaq. Mişel bildirib ki, büdcənin yeni variantının təsdiqinə əsas maneə Macarıstanın mövqeyidir. Macarıstanın baş naziri Viktor Orban isə X şəbəkəsində Aİ-nin sammitində Kiyev üçün vəsaitin ayrılmasına mane olduğunu təsdiqləyib: “Biz lazımi hazırlıqlardan sonra gələn ilin əvvəlində keçiriləcək sammitdə bu məsələyə yenidən qayıdacağıq”.
Vəli Həsənov
KONKRET.az