Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresin olduğu zirehli avtomobil Nyu-York məhkəməsinə çatıb.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onlar narkotik maddə və silah qaçaqmalçılığı ittihamları ilə hakim qarşısına çıxarılacaq.
Məlumata görə, onların olduğu nəqliyyat vasitəsinin DEA (Narkotiklərlə Mübarizə İdarəsi) agentlərinin müşayiəti ilə məhkəmə ərazisinə daxil olması görüntülənib.
Bununla yanaşı, onların təcridxanadan çıxarılaraq helikopterlə Nyu-Yorka aparılmasının görüntüləri yayılıb.
Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat zamanı ölkə Prezidenti Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb.
