Mahir Emreli 10 dəqiqəyə 2 qol vurdubackend

Mahir Emreli 10 dəqiqəyə 2 qol vurdu

Bu gün Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Nürnberq” Almaniyanın 2-ci Bundesliqasında sonuncu – 34-cü tur oyununa çıxacaq.

KONKRET.az xəbər verir ki, komanda səfərdə “Ayntraxt Braunşvayq”la qarşılaşır. Görüş Bakı vaxtı ilə 17:30-da başlayıb.

Mahir də bu matçda iştirak edir. O, oyuna start heyətdə başlayıb.

Emreli mövsümün sonunda komandanı tərk edəcəyinə görə, bugünkü matç onun “Nürnberq”də son oyunudur. 

Emreli 10-cu dəqiqədə hesabı açıb. Mahir 20-ci dəqiqədə komandasının 2-ci qolunu vurub. O, 20-ci dəqiqədə həm də sarı vərəqə alıb.

17:30. “Ayntraxt Braunşvayq” – “Nürnberq” – 0:3 (Birinci hissə)

Qolllar: Mahir Emreli, 10 (0:1), 20, (0:2), Justvan, 31 (0:3)

Qeyd edək ki, hazırda “Nürnberq” turnir cədvəlində 45 xalla 10-cu, “Ayntraxt Braunşvayq” isə 35 xalla 16-cıdır.

M.Emreli bu matça qədər 2-ci Bundesliqada 23 oyuna 7 qol vurmuşdu. O, əlavə olaraq kubokda da bir matçda fərqlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*