Makron: “Rusiya seçim etməlidir – ya sülh, ya ağır nəticələr!”backend

Makron: “Rusiya seçim etməlidir – ya sülh, ya ağır nəticələr!”

Fransa Prezidenti Emmanuel Makron Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı ciddi xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, o bildirib ki, əgər Moskva yaxın günlərdə sülh təşəbbüslərinə müsbət cavab verməzsə, bu, onun üçün əlavə iqtisadi və siyasi nəticələr doğuracaq.

Fransa lideri vurğulayıb ki, ABŞ-la birlikdə yeni sanksiyalar paketi artıq tam hazırdır və yaxın günlərdə onun tətbiqi ilə bağlı yekun qərar veriləcək:

“Əgər Rusiya razılaşmasa, əlavə sanksiyalarla və Ukraynaya daha güclü dəstəklə qarşılaşacaq. Yeni paket hazırdır. Gələcək günlərdə bu barədə ABŞ-la birgə qərar verəcəyik”, – deyə Emmanuel Makron bəyan edib.

O əlavə edib ki, Qərb dövlətləri bu məsələdə koordinasiyalı şəkildə hərəkət etməli və Moskvanı strateji seçim qarşısında qoymalıdır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*