Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Donald Trampın Qrenlandiyanın mümkün ilhaqı ilə bağlı bəyanatlarından sonra Avropa ölkələri ayılmalı, təhlükəsizlik və rəqabət qabiliyyətini daha da fəal şəkildə gücləndirməlidir.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot Parisdə ABŞ dövlət katibi Antoni Blinkenlə birgə mətbuat konfransında bildirib. Trampın sözlərini şərh edən Barro deyib ki, bu, dünyanın yeni dövrə qədəm qoyduğunu göstərir: “Ancaq indi biz öz mövqelərimizi təsdiqləmək və maraqlarımızı qorumaq üçün daha da irəli getməliyik. Bunun üçün prezident bizə dedi ki, Avropa oyanmalıdır”,-deyə Barrot deyib. Eyni zamanda o, ABŞ-nin adaya hərbi müdaxilə edəcəyinə şübhə etdiyini bildirib. Öz növbəsində ABŞ dövlət katibi Antoni Blinken Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi ideyasını uğursuz siyasət adlandırıb.
Vəli Həsənoğlu,
KONKRET.az