Makron: “Ukraynalılar başa düşür ki…”backend

Makron: "Ukraynalılar başa düşür ki..."

Fransa Prezidenti Emmanuel Makron Ukrayna məsələsi ilə bağlı açıqlama verib.

KONKRET.az xəbər verir ki, o, bildirib ki, ukraynalılar artıq aydın başa düşürlər ki, itirilmiş əraziləri geri qaytarmaq mümkün deyil.

O, həmçinin vurğulayıb ki, döyüşlər sona çatmalı və Ukrayna müzakirələrə geri dönmək üçün ən yaxşı vəziyyətdə olmalıdır. Bu müzakirələr isə territorial məsələləri həll etməyə imkan verəcək.

Makron əlavə edib ki, Ukrayna üçün təhlükəsizliyin təmin edilməsi böyük əhəmiyyət daşıyır və Fransanın 30 günlük atəşkəsin təmin olunmasını istəyir. Bu atəşkəsin həm torpaqda, həm də dənizdə və hava sahəsində tətbiq edilməsini hədəflədiklərini qeyd edib.

Prezident həmçinin bildirib ki, Avropa İttifaqı ABŞ ilə sıx əməkdaşlıq edərək, yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır. Bu sanksiyalar maliyyə sektoru və hidrokarbonları əhatə edəcək.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*