Makrona sillə vuran şəxs – Ona meydan oxumaq üçün gəlmişdimbackend

Makrona sillə vuran şəxs - Ona meydan oxumaq üçün gəlmişdim

Fransada Prezident Emmanuel Makrona şillə vuran gənc Damien Tarel həbsxanadan çıxıb.

KONKRET.az Teleqraf.com-a istinadla xəbər verir ki, həbsdən çıxdıqdan sonra açıqlama verən Tarel insanlardan böyük dəstək aldığını, koronavirus peyvəndi əleyhinə nümayişlərə qatılacağını söyləyib.

O, ölkə liderinə etdiyi hücumdan heç bir peşmançılıq hissi keçirmədiyini və zaman geriyə qayıdarsa, bunu yenidən edə biləcəyini deyib.

Fiziki zorakılığa göz yummadığını, amma Makrona da kiçik bir zərbə vurduğunu bildirib.

“Makronun çox yaxşı şəkildə sağaldığına inanıram. O gün ora Prezident Emmanuel Makrona meydan oxumaq üçün gəlmişdim. Demokratiyanın hər beş ildən bir xalqı təmsil etməyən nümayəndələrə səs vermək olduğunu düşünmürəm”, – Damyen Tarel qeyd edib.

Hadisə iyun ayında baş verib. Damien Tarel adlı şəxs küçədə koronavirus peyvəndinin təbliğatını aparan Makrona yaxınlaşaraq, ona sillə vurub və “Makronizmə son” şüarı səsləndirib. Makron hücum edildikdən dərhal sonra hadisə yerindən uzaqlaşdırılıb, Tarel isə həbs olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*