“Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması Cənubi Qafqazda sabitliyin təmin olunması üçün vacibdir”.
KONKRET.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“Avropa Siyasi Birliyi Zirvə Toplantısı çərçivəsində Albaniyada baş nazir Nikol Paşinyanla görüşdüm. Azərbaycanla tezliklə sülh müqaviləsinin imzalanmasına dəstəyimi bir daha təsdiqlədim,” – deyə Makron vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az