Makronu Hitlerə bənzətdilər – FOTObackend

Makronu Hitlerə bənzətdilər - FOTO

Fransanın Tulon şəhərinin küçələrində Prezident Emmanuel Makronun Adolf Hitlerə bənzədilən fotoları nümayiş olunub.

KONKRET.az xəbər verir ki, bu barədə “Le Bien Public” nəşri məlumat yayıb.

Məlumata görə, lövhəyə vurulan fotoda Fransa lideri nasist ordusunun hərbi formasında göstərilib.

Lövhənin üzərində Üçüncü Reyxin bayrağının fonunda “Tabe ol. Peyvənd olun!” sözləri yazılıb.

Tulon prokurorluğu hadisə ilə bağlı araşdırma başladıb.

Qeyd edək ki, lövhə Fransada tətbiq olunan koronavirus məhdudiyyətinə etiraz olaraq hazırlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*