Mal-qara ilə baş verən qəza hallarında məsuliyyəti kim daşıyır? – VİDEObackend

Mal-qara ilə baş verən qəza hallarında məsuliyyəti kim daşıyır? - VİDEO

4 gün əvvəl Zərdabda yola çıxan iribuynuzlu heyvanları vuran sürücü ağır yol-nəqliyyat hadisəsi törədib. Nəticədə sürücü dünyasını dəyişib.

“Xəzər TV” xəbər verir ki, belə qəzalar bir daha magistral yollarda təhlükəsizlik məsələsini aktuallaşdırır.

Sürücülər deyir ki, xüsusən günün qaranlıq vaxtlarında mal-qaranın nəzarətsiz qalması, heyvanların magistral yollardan kortəbii şəkildə keçirilməsi yol-nəqliyyat hadisələrinə səbəb olur.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, heyvan sahibləri mal-qaranı asfalt və sement-beton örtüklü yollara nəzarətsiz ötürməməlidirlər.

Ekspert baş verən bu kimi qəza zamanı kimin məsuliyyət daşıdığına aydınlıq gətirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*