“Mançester Yunayted”in yeni baş məşqçisi məlum oldubackend

“Mançester Yunayted”in yeni baş məşqçisi məlum oldu

“Mançester Yunayted”in yeni baş məşqçisi məlum olub.

KONKRET.az xəbər verir ki, xarici KİV-də yayılan məlumatlara görə, “mankunianlar” almaniyalı Ralf Ranqniklə razılaşıb.

İddia olunur ki, hazırda Rusiyanın “Lokomotiv” (Moskva) klubunda məsləhətçi vəzifəsində çalışan 63 yaşlı almaniyalı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanacaq. Yeni mövsümdən isə o, iki il ərzində klub rəhbərliyində yer alacaq.

Qeyd edək ki, Ole Qunnar Sulşerin gedişindən sonra “Mançester Yunayted”i müvəqqəti olaraq Maykl Karrik çalışdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*