Manoyandan ETİRAF: “Ermənistan hakimiyyəti ölkəni tamamilə Türkiyə və Azərbaycana tabe edəcək”backend

Manoyandan ETİRAF: “Ermənistan hakimiyyəti ölkəni tamamilə Türkiyə və Azərbaycana tabe edəcək”

“Ermənistan hakimiyyəti ölkəni tamamilə Türkiyə və Azərbaycana tabe edəcək”.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki. belə bir şok açıqlama ilə politoloq Kiro manoyan çıxış edib:

“Türkiyənin siyasi mentalitetində “müstəqil erməni dövlətçilik” anlayışı yoxdur. Türkiyənin siyasi düşüncəsinə görə, qonşuluqda bir erməni dövləti mövcuddursa, bu yalnız onlardan asılı halda olmalıdır.  Ermənistan hökuməti də məhz buna çalışır – Ermənistanı Türkiyədən asılı vəziyyətə salmaq, ölkəni  Türkiyə və Azərbaycana tabe etmək və suverenliyinə tamamilə  son qoymaq siyasəti yürüdür”.

“Ərdoğan ilkin şərtləri sadalayır, Ermənistanın baş naziri isə  “müsbət siqnallar” alırıq deyir. Biz Türkiyə haqqında birinci dəfə deyil ki, nəsə oxuyur və ya eşidirik, amma hər şeyi başqa cür başa düşürük” – deyə Manoyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*