Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan Ermənistan məğlubiyyətin şokundan ayılmamış Qarabağı tərk edən ermənilər də bir yandan düşmən ölkədə sosial sferanı dəyişiblər. Antiterror əməliyyatından sonra Qarabağdakı erməni əhalisini öz ərazisinə köçürən Ermənistan bununla Azərbaycanı şantaj etmək niyyətində olsa da, planları baş tutmadı.
Azərbaycan əleyhinə kampaniyalar aparmaq üçün əlverişli məqamın yetişdiyini hesab edən Ermənistan və onun havadarlarının istəyi qursaqlarında qaldı. İndi əlləri hər yerdən üzülən ermənilər yenə faşist ideologiyasından əl çəkmirlər.
KONKRET.az xəbər verir ki, belə xəstə təfəkkürlü siyasətçilərdən biri Ermənistanın keçmiş baş naziri Vazgen Manukyandır.
Ermənistan 3 il əvvəl 44 günlük müharibədə məğlub olduqdan sonra İrəvandakı mitinqlərin təşkilatçısı və müxalifətin əsas “lokomotiv”i Manukyan yenə fəallaşıb.
Azərbaycan ərazilərinin işğalında böyük rol oynayan bu qoca erməni üzləşdikləri məğlubiyyəti həzm edə bilmir və gecə-gündüz revanşist planlar cızır. Yenə onun konsepsiyasının başında revanşizm dayanır və erməni xalqını silahlı münaqişəyə səsləyən keçmiş baş nazir Qarabağın əldən getməsini erməni xalqının faciəsi hesab edir: “Kim düşünürsə ki, Qarabağ məsələsi bununla həll olunub, ciddi yanılır. Bu məsələ beynəlxalq siyasət arenasında həll olunmamış münaqişə kimi qalır”.
Hələ də ümidini üzməyən faşist ideologiyasının daşıyıcısı xaricdəki havadarlarının köməyinə arxayındır və hesab edir ki, ermənilər Qarabağa qayıdacaq və onları orada Fransa və Qərb sülhməramlıları qoruyacaq. Söylədiyi cəfəngiyyata özündən başqa heç kəsi inandıra bilməyən Manukyan Paşinyanın istefaya gedəcəyindən sonra istəklərinə nail olacaqlarını deyib:
“Qarabağın statusunu müəyyən etmək üçün Minsk qrupunun işini bərpa etməliyik. Biz buna nail olmaq üçün hər şeyi edəcəyik. Əgər bunu etməsək, Qarabağda baş verənlər Ermənistanı da gözləyir. Sülh müqaviləsi yeni müharibənin başlanması deməkdir. Anklavlar məsələsi həmin müqaviləyə daxildir. Dünyanın bütün siyasətçiləri başa düşürlər ki, anklav müharibə deməkdir, bu, Fələstində də, Kosovoda da belə olub. Bundan başqa, Azərbaycan Ermənistan daxilində və Ermənistan sərhədlərində ən strateji əhəmiyyətli yüksəklikləri ələ keçirib. Yəni həm anklavlarla, həm də işğal altında olan yüksəkliklərlə Ermənistan ərazisi tamamilə Azərbaycanın nəzarətində olacaq.
Nikol Paşinyan 1988-ci ildən bəri əldə etdiyimiz qələbələri nəinki sildi, həm də bizi 150 il geri saldı. Müharibə başlasa, bizim müttəfiqlərimiz varmı? Xeyr, bizim müttəfiqimiz yoxdur, potensial müttəfiqimiz yalnız İrandır. O da Zəngəzur dəhlizinə görə narahatdır. Amma bizi gözləyən fəlakətin qalan hissəsi üçün çətin ki, sinəsini qabağa versin. Erməni xalqı vətən uğrunda sona qədər döyüşməyə hazır olduğunu bəyan etməlidir. Mübarizə aparmalı, sona qədər vuruşmalı, daim müharibədən danışmalıyıq”.
Bu, Ermənistanın keçmiş baş naziri Vazgen Manukyanın fikirləri idi. Azərbaycana qarşı daim kin, nifrət püskürən bu tip adamlar Ermənistanda hakimiyyətə can atır. Çox təəssüf ki, acı məğlubiyyətləri onlar üçün yetərli olmayıb. Erməni xalqını yenidən müharibəyə səsləyən manukyanlar hesab edir ki, nəyəsə nail ola biləcəklər. Amma yaddan çıxarırlar ki, onların növbəti cəhdi Ermənistan dövlətçiliyinin sonunu gətirəcək.
Vəli Həsənov,
KONKRET.az
İt hürər,karvan keçər.Sirkə tünd olanda öz qabını çatladar.
Их просто надо зачумарит
Nə dedi başlasa?müharibə?
Yanı bizimlə bundan sonra müharibə etmək istəyləri var?
Nə deyə bilərəm ki erməni xalqına bundan sonra,tumanınızın bagını bərkidin
Çox maraqlıdır, bunun “sona qədər” sözü, hansı sona aiddir?
Hal-hazırki vəziyyətə görə bu, ermınilərin Cənubi Qafqazda sonuna qədər anlamını ifadə etmirmi?