Marneulidə şagirdləri diz çökdürərək cəzalandıran müəllim İŞDƏN ÇIXARILDI – FOTO/YENİLƏNİBbackend

Marneulidə şagirdləri diz çökdürərək cəzalandıran müəllim İŞDƏN ÇIXARILDI - FOTO/YENİLƏNİB

Gürcüstanın Marneuli rayonunun Qırıxlı kənd məktəbində 4-cü sinif şagirdlərini diz üstə çökdürərək cəzalandırmış gürcü dili müəllimi Rəhman Musayev işdən azad edilib.

KONKRET.az xəbər verir ki, bu barədə məktəbin direktoru Mehman Musayev yerli mediaya açıqlamasında bildirib. O, qardaşı oğlu Rəhman Musayevin səhhətində problem olduğunu, ona görə də bu gün işdən çıxmaqla bağlı ərizə yazdığını, ərizənin qəbul edildiyini deyib.

Direktor hadisənin araşdırıldığını, uşaqların valideynləri ilə əlaqə saxladığını qeyd edib:

“Onlar övladlarının evdə bu barədə heç nə danışmadığını bildiriblər”.

Qırıxlı kənd ictimai məktəbində gürcü dili fənnini tədris edən müəllim dərsə hazırlıqsız gəlmiş 4-cü sinif şagirdlərini diz çökdürərək cəzalandırıb və onların fotosunu çəkərək paylaşıb.

Müəllimin cəzalandırma metodu ictimai fəalların narazılığına səbəb olub və faktın araşdırılması tələb edilib.

Marneuli Resurs Mərkəzindən (maarif şöbəsi) faktın doğruluğu təsdiqlənib.

Qeyd edək ki, Rəhman Musayev eyni zamanda “Gürcü Arzusu” partiyasının Marneuli Bələdiyyə Məclisindəki deputatıdır.

***

19:02

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsinin Qırıxlı kənd ictmai məktəbində müəllimin şagirdlərini cəzalandırma metodu ictimaiyyətin narazılığına səbəb olub.

KONKRET.az xəbər verir ki, kənd məktəbində gürcü dili fənnini tədris edən müəllim dərsə hazırlıqsız gəlmiş 4-cü sinif şagirdlərini diz çökdürərək cəzalandırıb və onların fotosunu çəkərək paylaşıb.

Müəllimin cəzalandırma metodu ictimai fəalların narazılığına səbəb olub və faktın araşdırılması tələb edilib.

Marneuli Resurs Mərkəzindən (maarif şöbəsi) faktın doğruluğu təsdiqlənib./APA

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*