Bakı milyonçusunun tarixi evi satışa çıxarıldı - Dodaquçuqladan QİYMƏT + FOTOLAR
17.7 K
Bakıda 1 milyon 200 min manata mənzil satışa çıxarılıb. KONKRET.az xəbər verir ki, mənzil Şəmsi Əsədullayevin evi – Qoqol (Praçeçnaya) 9, Tolstoy (Gimnaziçeskaya) 183 və Həzi Aslanov (Karantinnaya) 84 küçələrinin kəsişməsində yerləşir.Üç mərtəbəli saray tipli yaşayış binasında yerləşən mənzil 1896-cı ildə Bakı milyonçularından Şəmsi Əsədullayevin sifarişi ilə memar İohan Edelin layihəsi əsasında inşa edilib.Qoqol 9 küçəsində, Gimnaziçeskaya, 183 və Karantinnaya, 84 ünvanlarının tinində ucaldılmış bina milyonçu Şəmsi Əsədullayevə məxsus saray üslubundadır. Bina üç küçəyə üz tutub və öz monumental fasadları ilə diqqət çəkir.Mənzilin 2 böyük eyvanı var, sahəsi 200 kv m-dir. Otaqların tavanında olan işləmələr tarixə əsaslanır, hər biri orijinaldır. Sözügedən 4 otaqlı mənzilin 2 sanitar qovşağı var və 2 mənzilin birləşməsidir. (Yenisabah)
Start qiymet cox azdir ….Tarixi bina ….Tarixi wexsiyyet …..Weherde yerlewmesi…….ve ev vaciblerin vacibi………YENI SAHIB HEC BIR ZAMAN ,BINANI SOKUB – NOVOSTROYKA TIKMESIN(YENI TIKILI) !!!!
A
Aprel 16, 2024 - 12:38
Binanin qiymeti deyil menzilin qiymetidir sadece hemin binada olan menzillerden biridir
Abu İshaq
Aprel 16, 2024 - 15:59
Mən də elə bildim ki, binanın qiymətidir. Düşündüm ki, mülk üçün çox ucuzdur. Lakin, sonra gördüm ki, mənzilin qiymətidir. 4 otaqlı mənzil 1.2 mln çox bahadır.
Əli
Aprel 17, 2024 - 08:21
Bu nə termindir belə dodaq uçuqladan?
Bizim məmurların xaricdə aldıqları 100 milyonlarla dəyəri olan əmlaklar aldığını eşidəndə dödağımız uçuqlamır
Start qiymet cox azdir ….Tarixi bina ….Tarixi wexsiyyet …..Weherde yerlewmesi…….ve ev vaciblerin vacibi………YENI SAHIB HEC BIR ZAMAN ,BINANI SOKUB – NOVOSTROYKA TIKMESIN(YENI TIKILI) !!!!
Binanin qiymeti deyil menzilin qiymetidir sadece hemin binada olan menzillerden biridir
Mən də elə bildim ki, binanın qiymətidir. Düşündüm ki, mülk üçün çox ucuzdur. Lakin, sonra gördüm ki, mənzilin qiymətidir. 4 otaqlı mənzil 1.2 mln çox bahadır.
Bu nə termindir belə dodaq uçuqladan?
Bizim məmurların xaricdə aldıqları 100 milyonlarla dəyəri olan əmlaklar aldığını eşidəndə dödağımız uçuqlamır
Bu evin hazirki sahibi kimdi ?