Ukrayna Azərbaycana xahişlə müraciət etdibackend

Ukrayna Azərbaycana xahişlə müraciət etdi

“Ukrayna ərazisinin minalardan təmizlənməsi məsələsində Azərbaycanla əməkdaşlığı dərinləşdirməyə ümid edir”.

KONKRET.az xəbər verir ki, bu mesajı Ukrayna Ali Radanın sədr müavini Yelena Kondratyukun özünün Facebook səhifəsində verib.

O, Bakıda olduğunu və Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin sədrinin birinci müavini Bəhruz Məmmədovla görüşdüyünü qeyd edib.

“Azərbaycan minatəmizləmə təlimi keçirir. Ayrı bir istiqamət isə qadınların bu prosesə cəlb edilməsidir. Bu yaxınlarda Azərbaycan piyada əleyhinə minaları zərərsizləşdirmək üçün onlardan birini Ukraynaya keçirib. İndi bu texnika Xarkov vilayətində işləyir”, – Kondratyuk bildirib.

Deputat vurğulayıb ki, işğal olunmuş ərazilərin minalardan təmizlənməsi Ukrayna və Azərbaycanı birləşdirən humanitar çağırışdır. “Bu, bizim ümumi problemimizdir və təəssüf ki, hər iki ölkənin əhalisi arasında xəsarət və tələfatlara səbəb olur, – Kondratyuk bildirib.

Rada sədrinin müavini bildirib ki, bu gün Ukrayna ərazisinin 174 min kvadrat kilometri təhlükəlidir, 5,6 milyon hektar ərazi minalanıb. Kondratyuk əlavə edib ki, bu, Azərbaycan üçün də ciddi problemdir. “2022-ci ildən 2024-cü ilə qədər 134 min hektar ərazi təmizlənib, 67 mindən çox mina və partlayıcı obyekt zərərsizləşdirilib. Bu iş xüsusilə Qarabağ bölgəsi tam işğaldan azad edildikdən sonra daha da güclənib”, – deyə deputat vurğulayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*