Tarasov: “Ermənistan bu sənəddən imtina edib” – Tarasovbackend

Tarasov: "Ermənistan bu sənəddən imtina edib"

“Ermənistan 9 noyabr sənədindən imtina edib və onun geri çağırılmaması sırf texniki məsələdir”.

KONKRET.az xəbər verir ki, bunu rus analitik Stanislav Tarasov bildirib.

O daha sonra fikrini belə əsaslandırıb:

“Yalnız Moskva və Bakı 9 noyabr məsələsini gündəmə gətirir. Ermənistan hökuməti ötən gün Paşinyan-Blinken telefon danışığında yalnız Praqa sənədini təbliğ edir. Bununla belə, hesab edirəm ki, blokadanın açılması prosesinə qədər tərəflərin keçməli olduğu bir çox mərhələlər var.

Biz görürük ki, demarkasiya prosesinin hazırkı variantı ciddi narahatlıqlar yaradır, həllini gözləyən çox çətin məsələlər var. Yaxın vaxtlarda Almatıda Mirzoyanla Bayramov arasında danışıqlar gözlənilir. Düşünürəm ki, onun nəticəsi gələcək proseslərə öz təsirini göstərəcək”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*